13 oktyabr 2026. Çərşənbə axşamı

FIFA “Trump Tower”də ofis icarəsinə 4 milyon dollar xərcləyib


  • Offside
  • 21:35 13.10.2026
  • Oxunma sayı: 45
FIFA “Trump Tower”də ofis icarəsinə 4 milyon dollar xərcləyib

FIFA Nyu-Yorkdakı “Trump Tower” göydələnində ofis icarəsi üçün 4 milyon dollar xərcləyib. Lakin təşkilatın geniş sahəni əhatə edən ofisindən demək olar ki, istifadə olunmur.

90deqiqe.Az-ın “The New York Times” qəzetinə istinadən məlumatına görə, ofisin icarəyə götürülməsi barədə qərarı FIFA prezidenti Canni İnfantino şəxsən verib. Bununla belə, təşkilatın digər rəhbərləri qərarın məqsədəuyğunluğuna şübhə ilə yanaşıblar.

İnfantino isə icarə haqqının bazar qiymətlərinə uyğun olduğunu və FIFA kimi bir təşkilatın dünyanın əsas meqapolislərindən birində fəaliyyət göstərməsinin məntiqli olduğunu düşünür.

Qeyd edək ki, ofis “Trump Tower”in 17-ci mərtəbəsində yerləşir və 465 kvadratmetr sahəni əhatə edir. Məkandan yalnız ara-sıra yüksək vəzifəli qonaqlarla görüşlər keçirmək üçün istifadə olunur.







Offside