14 oktyabr 2026. Çərşənbə

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb


  • Offside
  • 23:54 13.10.2026
  • Oxunma sayı: 46
“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb

Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, G qrupunda mübarizə aparan Erhan Tokerin rəhbərlik etdiyi kollektiv səfərdə Slovakiyanın “Prievidza” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 84:108 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “LANDAU Lions” turnirdə ilk oyununda İsveçrənin “Lions de Geneve” klubuna 83:105 hesabı ilə uduzub.







Offside