- Offside
- 19:19 14.10.2026
Futzal üzrə Azərbaycan millisi oktyabrın 16-da dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Çexiya yığması ilə səfər qarşılaşmasına hazırlıq məqsədilə millinin heyətinə 14 futzalçı dəvət olunub. Onlar “Neftçi” və “Araz-Naxçıvan” klublarını təmsil edirlər.
Azərbaycan millisinin heyəti:
“Neftçi”: Fərid Atakişiyev, Kamran Hacıyev, Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev.
“Araz-Naxçıvan”: Emin Kürdov, Murad Quluzadə, Kənan Manafov, Oktay Rüstəmli, Ədalət Ələkbərov, Nurlan Məmmədov, Eldar Zeynalov, Novruz Kazixanov, Ülvi Əliyev.
Qeyd edək ki, Çexiyanın Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.