- Offside
- 19:19 14.10.2026
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Mali Loşin şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yığması ilə qarşılaşan komandamız 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə əvvəlki oyununda Rumıniya ilə 3:3 hesablı heç-heçə edib, Çexiya yığmasını isə 4:2 hesabı ilə məğlub edib.