- Offside
- 19:19 14.10.2026
Futzal üzrə 2028-ci il dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya – Azərbaycan qarşılaşmasına hakim təyinatları açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, oyunu Böyük Britaniyanı təmsil edən hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi ingiltərəli Piter Nörs olacaq. İkinci hakim funksiyasını uelsli Valentin Çuplya, üçüncü hakim vəzifəsini isə şotlandiyalı Dankan Makluliç yerinə yetirəcək.
Çexiyalı Luboş Ruql qarşılaşmada vaxtölçən (“timekeeper”) kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu oktyabrın 16-da keçiriləcək.