14 oktyabr 2026. Çərşənbə

Azərbaycanın oğlan boksçuları U-17 Avropa çempionatında üçüncü yeri tutublar


  • Offside
  • 16:24 14.10.2026
  • Oxunma sayı: 46
Azərbaycanın oğlan boksçuları U-17 Avropa çempionatında üçüncü yeri tutublar

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında komandaların medal sıralaması açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycanın oğlanlardan ibarət millisi 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq sıralamada üçüncü yerdə qərarlaşıb.

Oğlan və qızların birgə nəticələrinə əsasən hesablanan ümumi komanda sıralamasında isə Azərbaycan millisi dördüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatını ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medalla başa vurublar.







Offside