14 oktyabr 2026. Çərşənbə

Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatına hazırlaşır


  • Offside
  • 19:19 14.10.2026
  • Oxunma sayı: 58
Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatına hazırlaşır

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, baş məşqçi Məhəmməd Bənanın, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən təlim-məşq prosesində taktiki-texniki hazırlığa və rəqiblərin təhlilinə xüsusi diqqət yetiriləcək.

Toplanışa aşağıdakı güləşçilər cəlb olunublar:

  • 55 kq: Eldəniz Əzizli, Emin Cavadlı

  • 60 kq: Murad Məmmədov, Nihad Quluzadə

  • 63 kq: Nihat Məmmədli, Tural Əhmədov

  • 67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə

  • 72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev

  • 77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov

  • 82 kq: Qurban Qurbanov

  • 87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov

  • 97 kq: Murad Əhmədiyev

  • 130 kq: Sərxan Məmmədov, Beka Kandelaki

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlar oktyabrın 24-dən 27-dək baş tutacaq.







Offside