- Offside
- 19:19 14.10.2026
Bakının Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılış mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir tatami və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunan zal liseydə təhsil alan gənc cüdoçuların hazırlıq imkanlarını genişləndirəcək.
Fərid Qayıbov yenilənmiş zalda yaradılan şəraitlə tanış olub, şagirdlərlə söhbət edib və məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb.
Tədbir çərçivəsində Bakı-2026 cüdo üzrə dünya çempionatında 60 kq çəki dərəcəsində qızıl medal qazanan Əhməd Yusifova dünya çempionları üçün nəzərdə tutulan qırmızı bel yazısı təqdim edilib. Bel yazısını idmançıya gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyinin inzibati binası, sinif və yataq otaqları, yeməkxanası, eləcə də digər idman zalları da təmirdən sonra istifadəyə verilib.