16 oktyabr 2026. Cümə

Azərbaycan güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb


  • Offside
  • 10:36 15.10.2026
  • Oxunma sayı: 35
Azərbaycan güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda argentinalı Kamila Amarillaya “tuş”la qalib gəlib. Qurbanova sabah həlledici görüşdə Ukrayna təmsilçisi Alina Filipoviçlə qarşılaşacaq.

Azərbaycan millisinin digər üzvü Ruslan Nurullayev də mundialda medal qazanıb. 77 kq çəki dərəcəsində çıxış edən güləşçimiz ukraynalı İrfan Mirzoyevə 3:1 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.

Beləliklə, Azərbaycanın U-23 dünya çempionatında qazandığı medalların sayı 2-yə çatıb. Daha əvvəl Elmir Əliyev (60 kq) gümüş medal qazanıb.







Offside