- Offside
- 21:42 15.10.2026
Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, DÇ-2028-in əsas seçmə mərhələsinin 12-ci qrupunda yer alan yığma noyabrın 5-də Çexiya millisini qəbul edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksi 2018-ci ildə istifadəyə verilib. Arenanın idman zalı 788 tamaşaçı tutumuna malikdir.