- Offside
- 21:42 15.10.2026
Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa Kuboku keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından -a verilən məlumata görə, kişi və qadın klubları arasında təşkil olunacaq yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Turnirdə qitənin ən güclü klubları mübarizə aparacaqlar.
Azərbaycan nüfuzlu yarışda iki klubla təmsil olunacaq.
Kişilərin yarışında ölkəmizi “Vüqar Həşimov” klubu təmsil edəcək. Komandanın heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev yer alıblar. Klubun kapitanı Sərxan Həşimov olacaq.
Qadınların mübarizəsində isə “Odlar Yurdu” klubu çıxış edəcək. Komandanın heyətinə Azərbaycanın aparıcı şahmatçıları Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova daxil edilib. Klubun kapitanı Nicat Abasov olacaq.