- Offside
- 21:42 15.10.2026
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında növbəti qələbəsini qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız Slovakiya seçməsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız pley-off mərhələsinə vəsiqə qazanıb.
Millimizin heyətində Emil Bünyatzadə 16-cı, İbrahim Ağayarov isə 17-ci dəqiqədə fərqlənib.