16 oktyabr 2026. Cümə

AFFA-da yeni lisenziyalaşdırma mövsümü ilə bağlı iclas keçirilib


  • Offside
  • 16:49 15.10.2026
  • Oxunma sayı: 36
AFFA-da yeni lisenziyalaşdırma mövsümü ilə bağlı iclas keçirilib

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028-ci illər lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.

90deqiqe.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə assosiasiyanın əməkdaşları, Azərbaycan Premyer Liqası, I və II Liqası, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.

İclasda ötən mövsümün nəticələri nəzərdən keçirilib, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu barədə məlumat verilib. Həmçinin rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilmiş dəyişikliklər, eləcə də klubların növbəti mərhələdə görməli olduqları işlər müzakirə olunub.

Tədbirin sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.







Offside