16 oktyabr 2026. Cümə

Azərbaycan cüdo millisi Asiya Açıq Turnirində 27 idmançı ilə təmsil olunacaq


  • Offside
  • 16:58 15.10.2026
  • Oxunma sayı: 42
Azərbaycan cüdo millisi Asiya Açıq Turnirində 27 idmançı ilə təmsil olunacaq

Oktyabrın 17–18-də Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, beynəlxalq yarışda ölkəmizi 6 qadın və 21 kişi olmaqla ümumilikdə 27 idmançı təmsil edəcək.

Kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov komandaya rəhbərlik edəcəklər.

Qadınların yarışında Fəridə Mirzəyeva və Gülnarə Bayramova (hər ikisi 52 kq), Alina Kuqayeva və Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq) və Madina Kaisinova (+78 kq) mübarizə aparacaqlar.

Kişilərin yarışında isə Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov və Amin İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov və Kənan İsmayılov (hamısı 66 kq), Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov və Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev və Əli Qazıməmmədov (hər ikisi 90 kq), Canpolad Əliyev və Elmar Qasımov (hər ikisi 100 kq), Eldar Əliyev və Sübhan Axundov (hər ikisi +100 kq) çıxış edəcəklər.

Qeyd edək ki, Asiya Açıq Turnirində 7 ölkədən 230 idmançının iştirakı gözlənilir.







Offside