16 oktyabr 2026. Cümə

ƏƏSMN-də paralimpiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub


  • Offside
  • 17:09 15.10.2026
  • Oxunma sayı: 34
ƏƏSMN-də paralimpiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüs və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Nümayəndə heyəti AMPK-nın yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər, həmçinin Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.







Offside