- Offside
- 21:42 15.10.2026
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının I təsnifat mərhələsinə hazırlığı Qubada davam etdirir.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığma təlim-məşq toplanışı çərçivəsində “Milli Aviasiya Akademiyası”nın gənc qızlardan ibarət komandası ilə yoxlama oyunu keçirib.
Qarşılaşma U-20 millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi komandanın hazırlıq prosesi oktyabrın 19-dək davam edəcək. Yığma EEVZA-nın təşkil etdiyi Avropa çempionatının I təsnifat mərhələsində mübarizə aparacaq.