- Offside
- 21:42 15.10.2026
Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində üç medal əldə edib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 134 kq nəticə göstərərək gümüş medala sahib olub.
Fuad Həsənov təkanla qaldırma hərəkətində 162 kq ağırlığı qaldıraraq bürünc medal qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 296 kq nəticə göstərən atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.
Beləliklə, Azərbaycan təmsilçisi yarışda 2 gümüş və 1 bürünc medal qazanıb.