16 oktyabr 2026. Cümə

Azərbaycanın U-23 minifutbol millisinin yarımfinaldakı rəqibi bəlli olub


  • Offside
  • 21:42 15.10.2026
  • Oxunma sayı: 39
Azərbaycanın U-23 minifutbol millisinin yarımfinaldakı rəqibi bəlli olub

Azərbaycanın 23 yaşadək minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatının yarımfinal mərhələsində Rumıniya yığması ilə qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, İlkin Hacıyevin baş məşqçisi olduğu komandanın yarımfinal görüşü sabah Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi mundialda indiyədək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiya yığmalarını 4:2, Slovakiya seçməsini isə 3:2 hesabı ilə məğlub edib. Rumıniya ilə qarşılaşma isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.







Offside