16 oktyabr 2026. Cümə

Azərbaycan Tennis və Padel Federasiyası FIP-in Baş Assambleyasında təmsil olunub


  • Offside
  • 14:00 15.10.2026
  • Oxunma sayı: 39
Azərbaycan Tennis və Padel Federasiyası FIP-in Baş Assambleyasında təmsil olunub

 Azərbaycan Tennis və Padel Federasiyası (ATPF) İspaniyanın Madrid şəhərində keçirilən Beynəlxalq Padel Federasiyasının (FIP) 36-cı Baş Assambleyasında iştirak edib.

ATPF-dən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı federasiyanın mətbuat katibi Fərid Sabirli təmsil edib.

Baş Assambleyada padelin dünyada inkişafı, 2026-cı il üzrə hesabat və gələcək strateji istiqamətlər müzakirə olunub. Üzv federasiyalar idman növünün gələcəyinin formalaşdırılması istiqamətində birgə fəaliyyətə sadiqliklərini təsdiqləyiblər.

FIP-in 35 illik yubileyi münasibətilə qurucu federasiyaların nümayəndələri simvolik təsis sənədini imzalayıblar. Daha 15 milli federasiyanın üzvlüyə qəbul olunması ilə təşkilatın üzvlərinin sayı 115-ə çatıb.

Tədbirdə “World Padel Report 2026” hesabatının ilkin təqdimatı keçirilib, həmçinin “FIP World League” və “Para Padel” adlı yeni strateji təşəbbüslər elan olunub.

İspaniya Olimpiya Komitəsinin prezidenti Alejandro Blanco padelin Olimpiya perspektivini vurğulayaraq bildirib: “Olimpiya hərəkatının gələcəyini padelsiz təsəvvür edə bilmirəm”.







Offside