- Offside
- 21:48 16.10.2026
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medala sahib olub.
90deqiqe.Az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Ukrayna təmsilçisi Alina Filipoviçlə qarşılaşıb. Görüş 4:4 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən qələbə rəqibə verilib.
Beləliklə, Günay Qurbanova dünya çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, bununla da Azərbaycan millisinin U-23 dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal əldə edib.
Mundiala oktyabrın 18-də yekun vurulacaq.