- Offside
- 21:48 16.10.2026
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatının yarımfinalında məğlub olub.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız həlledici mərhələyə vəsiqə uğrunda Rumıniya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan millisi finala yüksəlmək şansını itirib.
Qeyd edək ki, komandamız bu gün mundialın bürünc medalı uğrunda Macarıstan yığması ilə qarşılaşacaq.