16 oktyabr 2026. Cümə

AFFA nümayəndələri “Qarabağ”ın akademiyasında görüş keçiriblər


  • Offside
  • 16:48 16.10.2026
  • Oxunma sayı: 51
AFFA nümayəndələri “Qarabağ”ın akademiyasında görüş keçiriblər

AFFA-nın texniki direktoru Edmond Klaus, onun köməkçisi Ramiz Kərimov və məsləhətçisi Arif Əsədov “Qarabağ”ın akademiyasında olublar.

Milli assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, AFFA nümayəndələri əvvəlcə Ağdam klubunun U-19 komandasının məşqini izləyib, daha sonra akademiyanın direktoru Aftandil Hacıyev və meneceri Nail Kərimovla görüşüblər.

Görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın gücləndirilməsi, məşqçilərin futbolçuların inkişafındakı rolu və assosiasiyanın uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirməyi planlaşdırdığı tədbirlər müzakirə olunub.

Akademiyanın məşqçi heyətinin də iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.







Offside