- Offside
- 22:47 16.10.2026
Milli Paralimpiya Komitəsinin (MPK) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
MPK-dan 90deqiqe.Az-a verilən məlumata görə, nümayəndə heyəti Komitənin rəhbərliyi ilə birlikdə əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Daha sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb, məzarları üzərinə çiçəklər düzülüb.