- Offside
- 22:47 16.10.2026
Oktyabrın 18-dən 25-dək Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı keçiriləcək.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qitə birinciliyində ölkəmizi 21 idmançı təmsil edəcək.
Azərbaycan millisinin heyətində Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq) və Hüseyn Aydəmirli (+90 kq) yer alıblar.
Qızların yarışında isə Azərbaycanı Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) təmsil edəcəklər.
Qeyd edək ki, beynəlxalq yarışda Stanislav Krılov və Məsməxanım Səlimova hakim kimi fəaliyyət göstərəcəklər.