16 oktyabr 2026. Cümə

Azərbaycan boksçularından U-19 dünya çempionatına iki qələbə ilə start


  • Offside
  • 21:45 16.10.2026
  • Oxunma sayı: 38
Azərbaycan boksçularından U-19 dünya çempionatına iki qələbə ilə start

Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, mundialın ilk günündə Azərbaycan millisinin iki üzvü qələbə qazanıb.

55 kq çəki dərəcəsində çıxış edən Nihat Qasımov 1/32 final mərhələsində Qırğızıstan təmsilçisi Nursultan Duşonalıyevlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən döyüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qasımov növbəti görüşünü oktyabrın 18-də keçirəcək. Onun rəqibi ilk mərhələdən azad olan kanadalı Arjanpal Hundal olacaq.

Səfdər Məmmədzadə (+90 kq) isə 1/8 finalda Kirill Jukovskini məğlub edib. Azərbaycan təmsilçisi rəqibinə 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. O, ikinci görüşündə oktyabrın 23-də Rusiya boksçusu İvan Baybakovla üz-üzə gələcək.

Qeyd edək ki, U-19 dünya çempionatı oktyabrın 27-də başa çatacaq.







Offside