- Offside
- 21:48 16.10.2026
Serbiyalı tennisçi Novak Cokoviç İsveçrənin Bazel şəhərində keçiriləcək ATP-500 turnirində çıxış edəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə ATP-nin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 24-dən noyabrın 1-dək təşkil olunacaq turnirdə 24 qat “Böyük dəbilqə” çempionu 15 ildən sonra ilk dəfə iştirak edəcək.
Cokoviç Bazeldə sonuncu dəfə 2009-cu ildə qalib olub. O, həmin vaxt finalda dünyanın sabiq bir nömrəli tennisçisi Rocer Federeri 6:4, 4:6, 6:2 hesabı ilə məğlub edib.
Turnirdə ABŞ təmsilçisi Ben Şelton, kanadalı Feliks Ojye-Alyassim, fransalı Artur Fis, amerikalı Teylor Fris, ispaniyalı Rafael Xodar, monakolu Valentin Vaşero və qazaxıstanlı Aleksandr Bublik də mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən il Bazel turnirinin qalibi braziliyalı Joao Fonseka olub.