- Offside
- 22:47 16.10.2026
Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclər arasında Avropa birinciliyində üç bürünc medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadənin də izlədiyi yarışda 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 139 kq nəticə göstərərək üçüncü yeri tutub.
Qasım İsmayılov təkanla qaldırma hərəkətində 175 kq ağırlığın öhdəsindən gələrək daha bir bürünc medal əldə edib.
Beləliklə, iki hərəkətin cəmində 314 kq nəticə göstərən atletimiz ümumi hesabda da Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.