- Offside
- 15:39 17.10.2026
Azərbaycanın yeniyetmə taekvondoçuları Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriblər.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az--a verilən məlumata görə, oktyabrın 12-dən 17-dək davam edən hazırlıq prosesi yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımovun rəhbərliyi altında təşkil olunub.
Sentyabrda keçirilən ölkə birinciliyindən sonra milli komandanın üzvlərinə baxış keçirilib. Təlim-məşq toplanışı qarşıdakı Avropa birinciliyinə hazırlığın ilk mərhələsini təşkil edib.