- Offside
- 15:39 17.10.2026
Seneqalda oktyabrın 31-dən noyabrın 13-dək keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində taekvondo üzrə Azərbaycan millisinin üzvləri növbəti hazırlıq mərhələsinə cəlb olunublar.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Zəhra İsayeva (-44 kq) və Adil Kazımlı (-73 kq) məşqçi Elnur Amanovun rəhbərliyi altında milli komandanın tərkibində hazırlıqlarını davam etdirirlər.
Qeyd edək ki, idmançılar ötən ay Türkiyədə 21 günlük təlim-məşq toplanışında iştirak edib, daha sonra Albaniya Open turnirində qüvvələrini sınayıblar.
Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında taekvondo yarışları noyabrın 10-dan 12-dək keçiriləcək.