17 oktyabr 2026. Şənbə

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib


  • Offside
  • 15:36 17.10.2026
  • Oxunma sayı: 54
Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib.

AQİNF-nin mətbuat xidmətindən  90deqiqe.Az-a verilən məlumata görə, bununla bağlı qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-in Plenar Assambleyasında qəbul olunub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib.

Assambleya çərçivəsində federasiyanın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.

Günel Bədəlovanın beynəlxalq qurumun rəhbərliyində təmsil olunması Azərbaycanın beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmləndirilməsi və qış idman növləri sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyət daşıyır.

Bu təmsilçilik, həmçinin xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançı və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi üçün yeni imkanlar yaradacaq.







Offside