- Offside
- 22:12 17.10.2026
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turnirinə start verilib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, millimizin üzvləri yarışın ilk günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) finala yüksələrək gümüş medala sahib olublar.
Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi 73 kq), həmçinin Gülnarə Bayramova (57 kq) isə turnirin bürünc medalını qazanıblar.
Qeyd edək ki, iki gün davam edəcək Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.