18 oktyabr 2026. Bazar günü

Binə Atçılıq Mərkəzində cıdır mövsümü başa çatıb


  • Offside
  • 18:44 17.10.2026
  • Oxunma sayı: 34
Binə Atçılıq Mərkəzində cıdır mövsümü başa çatıb

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub.

Azərbaycan Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 5 Qarabağ və 5 Dilbaz atı mübarizə aparıb.

Üç yaşlı Qarabağ atlarının 1600 metr məsafəyə yarışında Hilal Nəzərovun çapdığı “Semum” atı qalib gəlib. O, məsafəni 1 dəqiqə 58,65 saniyəyə qət edib.

Mahmud Ağazadənin “Asya” atı 2 dəqiqə 6 saniyə nəticə ilə ikinci, Amina Hacıyevanın çapdığı “Yıldız” isə 2 dəqiqə 6,68 saniyə göstərici ilə üçüncü yeri tutub.

Dörd yaşlı Dilbaz atlarının 2400 metr məsafəyə yarışında isə Rauf Tahirovun çapdığı “Lavin” atı 3 dəqiqə 14 saniyə nəticə ilə finiş xəttini birinci keçib.

Hilal Nəzərov bu dəfə “Tomris” atı ilə ikinci olub. At məsafəni 3 dəqiqə 18,08 saniyəyə qət edib. Rusif Abbasovun çapdığı “Savaş” atı isə 3 dəqiqə 25,18 saniyə nəticə ilə üçüncü yeri tutub.







Offside