18 oktyabr 2026. Bazar günü

Naxçıvanda cüdo üzrə muxtar respublika birinciliyi keçirilib


  • Offside
  • 20:55 17.10.2026
  • Oxunma sayı: 30
Naxçıvanda cüdo üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 96 idmançı mübarizə aparıb.

Nəticələrə əsasən, oğlanlar arasında Ayaz Əliyev (42 kq), Pərvin İsmayılov (46 kq), Davud Məmmədzadə (50 kq), Kamil Məmmədov (55 kq), Yusif Əsədli (60 kq), Nihad Qəribov (66 kq), İsmayıl Şükürlü (73 kq), Ramin İbrahimli (81 kq) və Murad Xasıyev (+81 kq) öz çəki dərəcələrində birinci yeri tutublar. Mütləq çəki dərəcəsində isə Elvin Cəfərli qalib olub.

Qızların yarışında Aylin Əlizadə (28 kq), Zəhra Allahverdiyeva (32 kq), Ləman Bağırova (40 kq), Nuray Kərimova (52 kq) və Yasəmən Əliyeva (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Birinciliyin keçirilməsində məqsəd regionda cüdonun inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaq və onların yarış təcrübəsini artırmaq olub.







Offside