- Offside
- 18:29 18.10.2026
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında fəxri kürsüyə yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, sərbəst güləşçilər Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc medalına sahib olublar.
Anar Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkolinini 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib. Xetaq Karsanov isə rusiyalı Andrey Bestayevi 8:1 hesabı ilə üstələyərək bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) isə gümüş medal qazanıb.