- Offside
- 18:29 18.10.2026
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Bakı – Dünyanın idman paytaxtı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Bakıda “Zirvəyə birlikdə qalxaq” adlı kütləvi yürüş təşkil olunub. Aktiv və sağlam həyat tərzinin təbliğinə yönələn tədbirə 800 nəfər qeydiyyatdan keçib.
Yürüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçılar Funikulyor meydanından hərəkətə başlayaraq Dağüstü parkın pilləkənləri ilə yuxarı qalxıblar. Marşrut “Mənzərə” restoranının yaxınlığında başa çatıb.
Qeyd edək ki, yürüşdə iştirak edən hər kəsə xatirə medalı təqdim olunub.