- Offside
- 18:29 18.10.2026
Azərbaycan stolüstü tennisçiləri Polşanın Zeleno Qura şəhərində növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 18-dən start götürəcək hazırlıq prosesinə milli komandanın baş məşqçisi Mixail Timofeyev rəhbərlik edəcək.
Toplanışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərova iştirak edəcəklər.
Hazırlığın əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsini yüksəltməkdir.
Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 31-də başa çatacaq.