- Offside
- 18:29 18.10.2026
Azərbaycan sumoçusu Əmrah Şəfiyev Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 85 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Görüş Əmrah Şəfiyevin qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan təmsilçisi dünya çempionatının qızıl medalına sahib çıxıb.