18 oktyabr 2026. Bazar günü

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar


  • Offside
  • 17:23 18.10.2026
  • Oxunma sayı: 41
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Polşanın Bielsko-Biala şəhərində kadetlər, gənclər və U-21 yaş qrupları arasında karate üzrə dünya çempionatı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, oktyabrın 14–18-də keçirilən Dünya Karate Federasiyasının (WKF) 14-cü dünya çempionatında Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.

114 ölkədən 2 000-dən çox idmançının iştirak etdiyi yarışda Şamo Kamilov (U-16, +70 kq) bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

Vüsal Qənbərov (U-18, 55 kq) gümüş medal qazanıb. Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) isə mundialı bürünc medallarla başa vurublar.

Azərbaycan nümayəndə heyətinə Karate Federasiyasının baş katibi Qabil Sayadov, baş məşqçilər Elnur İbrahim və Anar Allahverdiyev, köməkçi məşqçi Coşqun Sadiqov və kata üzrə məşqçi köməkçisi İsmayıl Quliyev rəhbərlik ediblər.

Azərbaycan təmsilçiləri dünya çempionatında hakimlik sahəsində də iştirak ediblər. Beynəlxalq dərəcəli hakimlərdən Cahangir Babayev tatami menecerinin köməkçisi, Vüqar Kərimov isə apellyasiya hakimi vəzifəsini yerinə yetirib.







Offside