- Offside
- 18:29 18.10.2026
Azərbaycan gimnastı Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçimiz fərdi proqramda 55,540 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Selcan Mahsudova beynəlxalq yarışda Azərbaycan bayrağını zirvəyə qaldırıb.