18 oktyabr 2026. Bazar günü

Kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri müəyyənləşib


  • Offside
  • 18:29 18.10.2026
  • Oxunma sayı: 45
Kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Dövlət Cıdır Meydanında təşkil olunan yarışda Bakı ilə yanaşı, Gəncə, Xızı, Xaçmaz, Astara, Bərdə, Gədəbəy və Şəmkirdən 80-dən çox atlet iştirak edib.

Açılış mərasimində çıxış edən AAF-nin baş katibi Məhərrəm Sultanzadə yarışın əhəmiyyətini vurğulayaraq idmançılara uğurlar arzulayıb.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Əsgərli növbəti dəfə ölkə çempionu olub. 6 km məsafədə Gəncə idmançısı Sərxan Talıbov, 3 km məsafədə Gəncə təmsilçisi Rinad İbrahimov, 2 km məsafədə isə Xaçmaz idmançısı Raul Həsənov birinci yeri tutublar.

Qadınların yarışında 6 km məsafəyə qaçışda Qənirə Həsənova bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adını qazanıb. 4 km məsafədə Elina Yusupova, 2 km məsafədə Şəmkir təmsilçisi Türkan Abbasova, 1 km məsafədə isə Xızı idmançısı Aişə Vəlili fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.







Offside