18 oktyabr 2026. Bazar günü

Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar


  • Offside
  • 22:34 18.10.2026
  • Oxunma sayı: 46
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Dünya Kuboku seriyalarında uğurlu çıxış edərək iki proqramda qalib adını qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Maqsud Mahsudov və Selcan Mahsudova qarışıq sinxron proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə kişi sinxron proqramında Dünya Kuboku seriyalarının qalibi olublar.

Gimnastlarımız mövsüm ərzində nümayiş etdirdikləri sabit nəticələr sayəsində bu uğura nail olublar.







Offside