18 oktyabr 2026. Bazar günü

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar


  • Offside
  • 22:38 18.10.2026
  • Oxunma sayı: 51
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirində ümumilikdə 14 medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, millimiz yarışın ikinci günündə 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olub.

Südabə Ağayeva (70 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Madina Kaisinova (+78 kq) gümüş medala layiq görülüb.

Canpolad Əliyev və Elmar Qasımov (hər ikisi 100 kq), Sübhan Axundov (+100 kq), eləcə də Alina Kuqayeva (70 kq) turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışın ilk günündə Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş, Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi 73 kq), həmçinin Gülnarə Bayramova (57 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdo millisi turniri 1 qızıl, 5 gümüş və 8 bürünc medalla başa vurub.







Offside