18 oktyabr 2026. Bazar günü

“Neftçi” “Sumqayıt”ı məğlub edib


  • Offside
  • 22:40 18.10.2026
  • Oxunma sayı: 38
“Neftçi” “Sumqayıt”ı məğlub edib

Azərbaycan Basketbol Liqasının III turunda daha bir oyun keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ikinci qarşılaşmasında “Neftçi” “Sumqayıt”la üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş Bakı təmsilçisinin 86:69 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun ilk matçında “Naxçıvan” “Gəncə”ni 72:70 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Sabah” – NTD oyunu oktyabrın 19-da keçiriləcək. “LANDAU Lions” – “Ordu” qarşılaşması isə qeyri-müəyyən müddətə təxirə salınıb.







Offside