- Offside
- 20:59 19.10.2026
Ağdam Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən alpaqut zalı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
Azərbaycan Alpaqut Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, federasiyanın Qarabağ Regional Nümayəndəliyinin sədri Kənan Quliyev və idmançılar iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 25-də Ağdam Olimpiya İdman Kompleksində şəhid leytenant Sərvan Göyüşovun xatirəsinə həsr olunmuş Qarabağ Açıq Turniri keçiriləcək.