- Offside
- 20:59 19.10.2026
Qılıncoynatmanın sablya növü üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kubokunun mərhələsini dördüncü pillədə başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma ilk görüşündə ABŞ millisini 45:43 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Bu mərhələdə Özbəkistan seçməsi ilə qarşılaşan komandamız gərgin mübarizədən yenə 45:43 hesablı qələbə ilə ayrılaraq yarımfinala vəsiqə qazanıb.
Finala yüksəlmək uğrunda millimiz sonradan Dünya Kubokunun qalibi olan Macarıstan yığması ilə qarşılaşmalı idi. Lakin əvvəlki görüşlərdə Palina Kaspiaroviç və Zərifə Hüseynovanın zədələnməsi səbəbindən Azərbaycan komandası yarımfinal görüşünə çıxa bilməyib.
Beləliklə, millimiz 21 komandanın iştirak etdiyi turniri dördüncü yerdə başa vurub.
Şəxsi yarışlarda Anna Başta, Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini adlasalar da, pley-off görüşlərində məğlub olaraq əsas mərhələyə yüksələ bilməyiblər. Zərifə Hüseynova isə mübarizəni erkən dayandırıb.