19 oktyabr 2026. Bazar ertəsi

Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib -


  • Offside
  • 11:11 19.10.2026
  • Oxunma sayı: 45
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib  -

Oktyabrın 16–17-də Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ilk dəfə təşkil olunan turnir federasiya və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

U-15 yaş qrupu üzrə keçirilən yarışda 100-ə yaxın yeniyetmə güləşçi mübarizə aparıb.

Turnirin ilk günü Astara güləş məktəbinin yetirməsi, Avropa və U-23 dünya çempionu, U-15 milli komandasının məşqçisi Əliabbas Rzazadənin imza mərasimi də təşkil olunub.

Qeyd edək ki, belə yarışların əsas məqsədi perspektivli idmançıların üzə çıxarılmasına dəstək vermək, onların yarış təcrübəsini artırmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.







Offside