- Offside
- 20:59 19.10.2026
AFFA nümayəndəsi Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb.
Milli assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, o, oktyabrın 20-də futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Belarus matçında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qazaxıstanın Astana şəhərindəki “Jekpe-Jek” idman kompleksində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.