19 oktyabr 2026. Bazar ertəsi

“Ganja Open 2026” şahmat festivalının qalibləri müəyyənləşib


  • Offside
  • 18:27 19.10.2026
  • Oxunma sayı: 35
“Ganja Open 2026” şahmat festivalının qalibləri müəyyənləşib

“Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən “Ganja Open 2026” Beynəlxalq Şahmat Festivalı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə AŞF-in birgə təşkilatçılığı ilə keçirilən yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.

A turnirində 9 turdan sonra 6,5 xal toplayan Fərid Orucov birinci yeri tutub. Eyni xala malik İslam Hacıəliyev əlavə göstəricilərə görə ikinci, Pavel Şkapenko isə üçüncü olub.

B turnirində 7,5 xal toplayan Natiq Mahmud qalib adını qazanıb. Eyni xala malik Yusif Abasov və Ümid Ələsgərov müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da təşkil olunub. Süleyman Süleymanlı hər iki növdə birinci yeri tutub.

Qeyd edək ki, “Azərbaycan Şahmat Turu”nun növbəti yarışı “Shirvan Open” olacaq. Turnir oktyabrın 20-dən 26-dək Şirvanda keçiriləcək.







Offside