19 oktyabr 2026. Bazar ertəsi

Taekvondo üzrə dan imtahanı keçirilib


  • Offside
  • 14:24 19.10.2026
  • Oxunma sayı: 26
Taekvondo üzrə dan imtahanı keçirilib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində dan imtahanı təşkil olunub.

ATF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, imtahanda ümumilikdə 80 nəfər iştirak edib. Onlardan 54-ü I dan, 20-si II dan, 6-sı isə III dan üzrə sınaqdan keçib.

İmtahanı federasiyanın texniki direktoru, beynəlxalq dərəcəli hakim Oh Kvanq Çeol keçirib. Tədbirdə ATF-nin baş katibi Aygül Abdullayeva da iştirak edib.







Offside