19 oktyabr 2026. Bazar ertəsi

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 14:56 19.10.2026
  • Oxunma sayı: 27
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda snuker üzrə Azərbaycan çempionatı təşkil olunacaq.

Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, üç gün davam edəcək yarış oktyabrın 31-dən noyabrın 2-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Çempionatın keçirilməsində məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirmək, onların peşəkarlıq səviyyəsini yüksəltmək və snukerin təbliğinə töhfə verməkdir.

Qeyd edək ki, turnir federasiyanın bilyard idmanının inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirdiyi strategiyanın tərkib hissəsidir.







Offside